AZ

Nizami rayonunda 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib - FOTO

Nizami Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Alp Delux restoranında birgə tədbir keçirib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və başqaları çıxış ediblər.

Bildirilib ki, fəaliyyətinin hər iki dönəmində Azərbaycan qadınına ən yüksək qiyməti vermiş Ulu Öndər Heydər Əliyev onların hüquqlarının qorunması, ictimai fəallıqlarının təşkili məsələsini hər zaman diqqət mərkəzində saxlayıb. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin bu sahəyə diqqəti və qayğısı nəticəsində qadınların idarəçilik və ictimai iştirakçılıqda sayları əhəmiyyətli dərəcədə artıb. Azərbaycan qadınları üçün nümunə olan Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti isə xüsusi olaraq qeyd edilib.

Vurğulanıb ki, bu gün Mehriban xanım Əliyevanın simasında Azərbaycan qadınlarının nüfuzu, rolu və parlaq fəaliyyəti daha qabarıq təqdim olunur. Mehriban xanım Əliyevanın dövlətçilik, vətənpərvərlik, humanizm, nəciblik, xeyriyyəçilik kimi bəşəri əməlləri özündə cəmləşdirən geniş fəaliyyəti hər bir Azərbaycan qadınının həyat simvoluna, ruh mənbəyinə çevrilib və bu ideallara sadiqlik nümayiş etdirən dünyamızın ən müqəddəs varlığı, yaşadığımız aləmin əzəmətli bir qüvvəsi olan qadınlarımız yeni və daha güclü Azərbaycan naminə öz layiqli töhfələrini verirlər.

Çıxışlardan sonra tədbirdə mükafatlandırma mərasimi keçirilib. Rayonun ictimai, siyasi və mədəni həyatında fəal iştiraklarına görə bir qrup qadın təltif olunub, Yeni Azərbaycan Partiyasına üzv olmuş xanımlara isə vəsiqələri təqdim edilib.

Tədbir konsert proqramı ilə davam etdirilib.

Zamin Məmmədov, "İki sahil"

Seçilən
22
2
ikisahil.az

3Mənbələr