"Qalatasaray"ın futbolçusu Dris Mertens karyerası ilə bağlı yekun qərarını verməyə hazırlaşır.
Sportal.az xəbər verir ki, belçikalı hücumçu peşəkar karyerasını başa vurmağı planlaşdırır. Bu barədə "Takvim" nəşri məlumat yayıb.
Mertens məşqlərdən və oyunlardan sonra bədənində ağrılar hiss etdiyini bildirib. 37 yaşlı forvard buna görə də mövsümün sonunda karyerasını başa vuracaq.
Qeyd edək ki, Dris Mertens 2022-ci ilin yayından "Qalatasaray"da çıxış edir. Belçika millisinin sabiq üzvü bu mövsüm "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 41 rəsmi matçda 5 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi yayda başa çatır.
saytlarin hazirlanmasi