AZ

Suriyada silahlı hücumların arxasında hansı güc var?

Suriyada hökumət qüvvələri ilə Əsədə bağlı qruplar arasında silahlı toqquşmalar başlayıb. Bu qarşıdurmada – hökumətə qarşı silahlı müqavimətin göstərilməsində maraqlı ölkələr var:
- Hərbi bazalar məsələsində hökumətlə anlaşa bilməyən Rusiya; - Əsədin devrilməsi ilə Tehranın Suriyadan çıxmasını, həm də bölgədə zəifləməsini strateji nəticə hesab edən, lakin İranın yerinə Türkiyənin güclənməsini qəbul də bilməyən İsrail; - Suriyada, həm də bütövlükdə bölgədə ən çox itirən tərəfə çevrilən İran; Silahlı hücumun arxasında bu üç ölkə arasında İranın birbaşa iştirakı ehtimalı daha çox görünür. Rusiya Türkiyə vasitəsilə Suriyanın yeni hökuməti ilə təmaslar qurmaq və hərbi mövcudluğunu davam etdirmək, maraqlarının müəyyən qədər təmin etmək imkanlarını hələ də saxlayır. İsrailin druzlar üzərindən Suriyada mövqelərini qorumaq və təhlükəsizlik zəifliyindən istifadə edə bilmək imkanları genişdir. Mövqeləri ciddi zərbə alan İranın dini separatizm və az da olsa Əsəd dövründən qalma silahlı dəstələrdən başqa əlində faktiki heç nə qalmayıb. Yeni hökumətin ilk gündən İranı “düşmən tərəf” elan etməsi də Tehranın diplomatik imkanlarını sıradan çıxarıb. Və Hakan Fidanın İrana sərt xəbərdarlığından sonra baş verən Ankara-Tehran xəttindəki gərginlik də Suriyada (və bütövlükdə bölgədə) mövqe mübarizəsindən qaynaqlanır. İstisna deyil ki, silahlı hücumlar Tehranın “müqavimət cəhdləri”ndən biridir. Əsədin devrilməsindən sonra rıçaqları zəifləyən İranın bu kimi cəhdlərlə Suriyada təsir zonaları yaratması çətindir, lakin Tehran ən azı müqaviməti davam etdirməklə maraqlarının nəzərə alınmasına çalışır.

Silahlı hücumlarda digər oyunçuların da maraqlı tərəf olması fonunda hadisələrin kəskinləşməsi gözləntisi, xüsusilə druzlar başda olmaqla müxtəlif etnik-dini qrupların separat xəttinin inkişaf etdirilməsi ön plandadır.

Seçilən
11
5
buta.tv

6Mənbələr