AZ

Türkiyənin Baş konsulu: İğdır-Naxçıvan qaz kəmərinin istifadəyə verilməsi tarixi hadisədir

İğdır-Naxçıvan qaz kəmərinin istifadəyə verilməsi həqiqətən, mühüm tarixi hadisədir.

Bunu "Report"un yerli bürosuna açıqlamasında Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya deyib.

Onun sözlərinə görə, Türkiyə-Azərbaycan əlaqələri bütün sahələr üzrə uğurla inkişaf etdirilir və genişlənir:

“Ötən günlərdə tarixi hadisənin şahidi olduq. Əsası 2003-cü ilin sentyabrında iki ölkənin prezidentləri tərəfindən qoyulan İğdır-Naxçıvan təbii qaz kəməri layihəsi Türkiyə və Azərbaycan dövlət başçıları tərəfindən qısa müddətdə tamamlanaraq çərşənbə günü istifadəyə verildi.

Bu, Azərbaycanın təbii qaz təchizatının təhlükəsizliyi baxımından çox mühüm layihədir. Layihənin istifadəyə verilməsi Naxçıvan üçün həqiqətən, tarixi hadisədir. İnarıam ki, qarşıdakı dövrdə də azərbaycanlı qardaşlarımızla birlikdə daha böyük layihələr həyata keçirəcəyik”.

Seçilən
35
2
report.az

3Mənbələr