AZ

TuranBank uşaq sığınacağındakı gənc qızlara dəstək olub

Belə ki, “Zərif əldən cəsur ürəklərə” layihəsi çərçivəsində Bank “Azərbaycan Uşaqları” İctimai Birliyi nəzdində fəaliyyət göstərən Uşaq sığınacağı – Reinteqrasiya mərkəzinin zorakılığa məruz qalan və kimsəsiz qız uşaqlarının peşə bacarıqlarını artırmaq məqsədilə hazırladıqları simvolik bəzək əşyalarının satışını dəstəkləyərək onların təhsil xərclərinin qarşılanmasını təmin edib.

          Layihənin məqsədi zorakılığa məruz qalan və kimsəsiz qız uşaqlarının sosial və iqtisadi müstəqilliklərini təmin etməklə yanaşı, onların bacarıqlarını inkişaf etdirərək gələcəkdə müstəqil həyat qurmaq və cəmiyyətdə daha aktiv iştirak etmək üçün zəruri bilik və bacarıqları əldə etmələrinə dəstək verməkdir. Eyni zamanda, onların təhsil imkanlarını genişləndirməyə, şəxsi və peşəkar inkişaflarını təmin etməyə və daha yaxşı gələcək perspektivləri üçün əsaslar yaratmağa xidmət edir.

Məlumat üçün bildirək ki, Bank hazırlanmış simvolik bəzək əşyalarını xanım əməkdaşlarına təqdim etməklə zərif əllərin və cəsur ürəklərin gücünü birləşdirərək daha sağlam və dayanıqlı bir cəmiyyətin formalaşmasına töhfə verməyi hədəfləyir.

Qeyd edək ki, TuranBank bundan sonra da gənc qızların, xanımların iqtisadi səmərəliliyinin artırılması istiqamətində səylərini davam etdirəcək.

Yarandığı tarixdən etibarən 33 il ərzində özünün 22 satış nöqtəsilə TuranBank daim inkişaf yolunu tutmuş, xidmətləri ilə həm keyfiyyət, həm də kəmiyyət baxımından maliyyə sektorunda önəmli mövqeyə sahib olmuşdur. Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı 935 çağrı mərkəzinə zəng edərək,  TuranBank-ın rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki səhifələrini izləyərək əldə edə bilərsiniz.

 TuranBank

 Bizimlə etibarlıdır...

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Seçilən
100
20
Demokratikmusavat.com

10Mənbələr