“Qalatasaray”ın futbolçusu Dris Mertens mövsüm sonu futbolla vidalaşa bilər.
İdmanxeber.az-ın məlumatına görə, bu barədə Türkiyə mətbuatında xəbərlər dərc olunub. İddia edilir ki, Mertens məşqlərdən və oyunlardan sonra bədənində ağrılar hiss etdiyini bildirib. Bu səbəbdən də 37 yaşlı forvard karyerasını başa vuracaq.
2022-ci ilindən “sarı-qırmızılar”da çıxış edən təcrübəli futbolçu 41 rəsmi matçda 5 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi yayda başa çatır.