AZ

İnsanlar hansı yaşda xoşbəxt olurlar?

Birləşmiş Millətlər Təşkilatının (BMT) hazırladığı hesabata görə, gənclik artıq insan həyatının ən xoşbəxt dövrlərindən biri deyil.

“Cebheinfo.az” xəbər verir ki, ABŞ, İrlandiya, Avstraliya, Kanada və Yeni Zelandiyada aparılan araşdırmada yaşla birlikdə həyatdan məmnunluğun artdığı müəyyən edilib. 

Bu dəyişiklikdə gənclər arasında psixi sağlamlıq böhranının təsirli olduğu bildirilib. Əvvəllər xoşbəxtliyin qayğısız bir gənclik olduğu düşünülürdü. 

Ancaq mütəxəssislər bunun əvəzinə məmnuniyyətin yaşla birlikdə durmadan artdığını açıqlayıblar.

Bu arada ekspertlər xəbərdarlıq edir ki, gənclərin rifahının çökməsi böyük sosial və iqtisadi nəticələrə səbəb ola bilər.

Seçilən
16
cebheinfo.az

1Mənbələr