AZ

ABŞ Türkiyə və İsraillə hərbi təlimlər keçirdi

ABŞ Türkiyə və İsrallə ayrı-ayrılıqda hərbi təlimlər keçirib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, martın 5-də ABŞ Türkiyə ilə F-16 qırıcıları və “B-52H Stratofortress” bombardmançılarının iştirak etdiyi birgə təlimlər olub.

Martın 6-da isə ABŞ İsraillə analoji təlimlər keçirib. Təlimlərdə F-15, F-35 və “B-52H Stratofortress” təyyarələri iştirak edib.

Mətbuat yazıb ki, ABŞ-ın Türkiyə və İsraillə eyni anda təlimləri İrana qarşı yönəlmiş güc nümayişidir.

Seçilən
18
4
axar.az

5Mənbələr