AZ

Qadınlarda “limon qabığı” effekti– Xərçəngdən xəbər verə bilər?



"Limon qabığı" simptomu qadınlarda süd vəzilərinin dərisində yaranan sellülit kimi məsaməli, dəlikli və şişkin görüntüdür.


“Medicina” xəbər verir ki, özünüzü döş xərçəngindən qorumaq üçün məhz bu əlamətə diqqət yetirmək lazımdır.


Səhiyyə Nazirliyinin baş onkoloqu, Rusiya Elmlər Akademiyasının akademiki, Milli Tibbi Tədqiqat Radiologiya Mərkəzinin baş direktoru Andrey Kaprin süd vəzisində problemləri göstərə biləcək bir neçə vacib və qeyri-aşkar əlamətləri sadalayıb.


“Süd vəzilərində ağrı və diskomfort normal deyil: belə simptomlar varsa, mammoloqa müraciət edin.

Məmə ucundan axıntı. Yalnız hamilə və laktasiyada qadınlar bu simptomla qarşılaşa bilməzlər. Bu norma deyil. Belə bir əlamət varsa, mütləq həyəcan təbili çalmalısız.


Tərs çevrilmiş gilə.Bədxassəli prosesdə sinə ucu içəri çəkilə bilər.
Süd vəzi ölçüsündə artım və ya ciddi assimetriya.

Süd vəzi rəngini dəyişib, dərinin sıxılması hissi var. Döş xərçəngində döş dərisinin rəngi çəhrayıdan tünd qırmızıya qədər dəyişə bilər.

Genişlənmiş limfa düyünləri. Limfa düyünləri normal ölçüyə qayıtmazsa, bu, həkimə müraciət etmək üçün ciddi bir səbəbdir.

Sadalanan bütün əlamətlər süd vəzində bədxassəli prosesdən xəbər verə bilər və hətta onlardan biri həkimə müraciət etmək üçün kifayətdir”.


Aygün Musayeva


Seçilən
38
medicina.az

1Mənbələr