AZ

Məhkum qadınlar bayramı övladları ilə qeyd etdilər

Bakı. Trend:

8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə ƏdliyyəNazirliyinin Penitensiar xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsindətədbir təşkil edilib.

Trend xəbərverir ki, bu barədə Ədliyyə Nazirliyinin Penitensiar xidmətiməlumat yayıb.

Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyininnəzdində Sosial Xidmətlər Agentliyinin təşəbbüsü ilə ərsəyə gələntədbirdə iştirak edən qonaqlar bu əlamətdar gün münasibətilə məhkumqadınları təbrik edərək, Azərbaycan qadınının cəmiyyətimizinhəyatında oynadığı mühüm roldan bəhs ediblər. Çıxışlar zamanıAzərbaycan qadınının bundan sonra da müstəqil respublikamızıntərəqqisinə böyük töhfələr verəcəyinə əminlik ifadə olunub.

Daha sonra məhkum qadınlar onların görüşünə gəlmiş övladları iləbirgə maraqlı və əyləncəli vaxt keçiriblər. Azyaşlılarhazırladıqları açıqca və gül dəstələrini analarına təqdim edərəkonları bayram münasibətilə təbrik ediblər.

Animasiya qəhrəmanlarının iştirakı ilə uşaqlara musiqili şoulartəqdim olunub, onlar üçün əyləncə atraksionları təşkil edilib.

Uşaqların anaları ilə görüşünü yaddaqalan etmək məqsədilətəlimçilər tərəfindən eko çantaların hazırlanması ilə bağlımaster-klass keçirilib.

Bayram tədbiri böyük maraq və sevinc hissi ilə qarşılanıb.

Seçilən
16
8
az.trend.az

10Mənbələr