AZ

Güləş millilərimiz Tiranada Avropa çempionatına qatılacaqlar

Azərbaycanın güləş üzrə milli komandaları Albaniyada 23 yaşlılar arasında keçiriləcək U-23 Avropa çempionatında iştirak edəcəklər.

Arena.az bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən məlumat verir.

Martın 8-dən 14-dək Tirananın “Feti Borova” idman zalında təşkil ediləcək qitə birinciliyinə sərbəst güləşçilər start verəcəklər.

Böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyev və Şərif Şərifovun rəhbərliyi altında bu güləşçilər uğur qazanmağa çalışacaqlar:

Rəhman İmanov (57 kq)
Ceyhun Allahverdiyev (61 kq)
Murad Haqverdiyev (65 kq)
Kənan Heybətov (70 kq)
Ağanəzər Novruzov (74 kq)
Fərid Cabbarov (79 kq)
Arseniy Cioyev (86 kq)
Sadiq Mustafazadə (92 kq)
Abdulcəlil Şabanov (97 kq)
Yusif Dursunov (125 kq)

Daha sonra baş məşqçi əvəzi Toğrul Əsgərov, böyük məşqçi Ağahüseyn Mustafayev və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında qadın güləşçilər xalça üzərinə çıxacaqlar. Heyətdə bu güləşçilər yer alıblar:

Əsmər Cankurtaran (50 kq)
Elnurə Məmmədova (53 kq)
Nərgiz Səmədova (55 kq)
Gültəkin Şirinova (57 kq)
Günay Qurbanova (59 kq)
Birgül Soltanova (62 kq)
Ruzanna Məmmədovadan (65 kq)

Çempionatın son günlərində isə yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Elvin Mürsəliyevin rəhbərlik etdiyi komandada yer almış güləşçilərimiz bunlardır:

Elmir Əliyev (55 kq)
Hüseyn Qəribov (60 kq)
Ziya Babaşov (63 kq)
Fərid Xəlilov (67 kq)
Ruslan Nurullayev (72 kq)
Xasay Həsənli (77 kq)
Elmin Əliyev (82 kq)
Cocu Səmədov (87 kq)
Aqil Musayev (97 kq)
Ayxan Mərdanov (130 kq)

Qeyd edək ki, Avropa çempionatında birinci dərəcəli beynəlxalq hakimlər Bəşir İsazadə və Həbib Nurulu ədaləti qoruyacaqlar.

Seçilən
50
17
arena.az

10Mənbələr