AZ

Almaniya təşvişdə: “Rusiya hücum edəcək, təcili nüvə silahı hazırlamalıyıq”

ABŞ Prezidenti Donald Trampın Avropaya yönəlik sərt açıqlamalarından sonra artıq Almaniya təcili şəkildə nüvə silahı əldə etmək barədə düşünür.

Turkustan.az xəbər verir ki, bu barədə Almaniyada nəşr olunan “Der Spiegel” qəzeti məlumat yayıb.

Nəşr qeyd edir ki, Avropa artıq ABŞ-dən müstəqil təhlükəsizlik sistemini inkişaf etdirir.

“Almaniya üçün Alternativ” (AfD) Partiyasının hərbi sözçüsü, istefada olan polkovnik Rüdiger Lukassenin sözlərinə görə, bura xüsusilə Almaniyanın nüvə silahına sahib olması daxildir.

“Almaniyanın nüvə silahına və məcburi hərbi xidmətə ehtiyacı var, xüsusən də qadınlar üçün. Bunun üçün konstitusiya mümkün qədər tez dəyişdirilməlidir”, - polkovnik deyib.

Lukassen qeyd edib ki, o, Rusiyanın Almaniyaya hücum etmək istədiyini iddia etmir, amma belə bir ehtimal var: “Bu, inkar edilə bilməyən variantdır”.

Buna görə də, onun fikrincə, ABŞ-nin nüvə qalxanı Avropa üzərində yox olarsa, qitədəki ölkələr müstəqil hərəkət etməlidir:

“Almaniya Avropanın strateji müstəqilliyi, öz hərbi və komandanlıq strukturuna malik kollektiv təhlükəsizlik sistemi çərçivəsində nüvə silahlarının qarşısının alınması qabiliyyətinə malik olmalıdır”.

Oxşar fikri Bundestaqın deputatı Hans Qnauk da səsləndirib.

Qnauk həmçinin vurğulayıb ki, əgər ABŞ həqiqətən də NATO-dan çıxsa, Almaniya alyansda aparıcı rolu öz üzərinə götürməlidir. /Teleqraf/

Seçilən
12
turkustan.az

1Mənbələr