Türkiyənin məşhur aktrisası Meryem Üzerli Azərbaycana gəlmək istədiyini deyib.
OLAY HafizTimes.com-a istinadən yazır ki, sənətçi bu barədə azərbaycanlı jurnalist Hafiz Əhmədova müsahibəsu zamanı danışıb. O bildirib ki, Azərbaycana səfər etmək üçün səbirsizlənir:
“Müsahibə üçün Azərbaycandan yazdığınızı biləndə ilk fikrim bu oldu; nə gözəl xəbərdi! Çünki, haqqında gözəl sözlər eşitdiyim bu heyrətamiz ölkəni ziyarət etməyi həqiqətən də çox istəyirəm. Mən özüm də bu səfər üçün səbirsizlənirəm. Ümid edirəm ki, tezliklə Azərbaycana səfər edəcəyəm. Azərbaycana səfər etməyi çox istəyirəm. Bu haqda ancaq gözəl sözlər eşitmişəm. Gözləyə bilmirəm”.



