BAKI,TurkicWorld
Türkmənistan Prezidenti Serdar Berdimuhammedov, ölkəyə rəsmi səfərlə gələn Gürcüstanın Baş Naziri İrakli Kobaxidze ilə görüşüb.
TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, görüşdə Türkmənistan və Gürcüstan arasındakı siyasi, iqtisadi və nəqliyyat sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib.
Hər iki tərəf münasibətlərin dinamik inkişafından məmnunluq ifadə edib.
Liderlər Orta Dəhliz layihəsinin inkişafı və nəqliyyat sahəsində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.
Baş nazir İrakli Kobaxidze logistika və nəqliyyat layihələrinin əhəmiyyətini vurğulayaraq, enerji sektorundakı əməkdaşlığın artırılmasının vacibliyini qeyd edib.
O, həmçinin Türkmənistanın Mərkəzi Asiyada sülh və sabitliyin təmin olunmasına verdiyi töhfəyə yüksək qiymət verdiklərini bildirib.
Görüşdə, hökumət qurumları arasında imzalanacaq razılaşmaların ikitərəfli əlaqələrin daha da genişlənməsinə töhfə verəcəyi vurğulanıb.