Qlobal qəhvə tacirləri və satışçılar xammal qiymətlərinin kəskin artması səbəbindən alışları minimuma endiriblər.
Hit.az xəbər verir ki, "Reuters" bu barədə Milli Qəhvə İstehsalçıları Assosiasiyasının Hyustonda keçirilən illik konvensiyasının iştirakçılarının bəyanatlarına istinadən yazıb.
İştirakçılar bildiriblər ki, ICE birjasında Arabica qəhvə fyuçerslərinin 70 faiz artması fonunda qəhvə ticarəti indiyədək ən aşağı səviyyəyə düşüb.
Ekvadordakı ELCAFE C.A. şirkətinin baş direktoru Renan Çueyrinin qeyd etdiyi kimi, 2025-ci ildə ilk dəfə olaraq, hazır qəhvə istehsalçısı gözlənilən illik istehsal həcmini mart ayına qədər sata bilməyib, çünki digər məhsulların qiymətlərinin əhəmiyyətli dərəcədə artması alıcıları təcili ehtiyacı olmayan məhsullardan imtina etməyə məcbur edir.
Fevralın əvvəlində Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin iqtisadçı və beynəlxalq biznes kafedrasının baş müəllimi Oleq İvanov bildirib ki, Arabica qəhvəsinin qiyməti yaxın 2-3 ildə yüksək olaraq qalacaq. İvanovun sözlərinə görə, Arabica-nın yüksək qiymətləri nəticəsində alıcılar daha aktiv şəkildə başqa çeşidə - qlobal istehlakda payı artmaqda davam edəcək Robusta çeşidinə keçəcəklər.
İqtisadçı qəhvənin qiymətinin qalxmasını Braziliyada quraqlıq səbəbindən məhsul həcminin azalması, Kolumbiyada istehsalın azalması və Vyetnamdan tədarük edilən robustanın tədarükünün azalması ilə izah edib. Ölkə həm də quraqlığa məruz qalıb və bu, ixracın iflasa uğramasına səbəb olub.
Paşa Məmmədli