AZ

"Real"a Ardanın istədiyi məşqçi gəlir -

“Real Madrid” rəhbərliyi Karlo Ançelottinin yerinə namizədi müəyyən edib. Metbuat.az xəbər verir ki, “Real” kluba Xabi Alonsunu gətirmək istəyir. “The Athletic”də dərc edilən xəbər görə, “Real” "Bayer Leverkuzen"in baş məşqçisi Xabi Alonso ilə görüş keçirib. İddia edilir ki, Karlo Ançelotti Çempionlar Liqası və ya İspaniya çempionu titulunu əldə etməsə, vəzifəsindən uzaqlaşdırılacaq.

Qeyd edək ki, Xabi Alonso istedadlı futbolçularla işləməyi sevən məşqçi kimi seçilir. Onun Arda Güleri icarə əsasında “Bayer Leverkuzen”ə cəlb etmək istədiyi barədə xəbərlər dərc edilmişdi. Xabi Alonsonun “Real”a baş məşqçi təyin olunması Ardanın daha çox oyun keçirməsinə səbəb ola bilər.

Seçilən
13
metbuat.az

1Mənbələr