AZ

I Liqa: "Qəbələ" ilə "Karvan"dan çətin qələbə, "Mingəçevir" "İmişli"ni üzdü

Futbol üzrə Azərbaycan I Liqasında 17-ci tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, bu gün üç qarşılaşma baş tutub.

Lider "Qəbələ" "Cəbrayıl"la səfər oyununda əzmkar qələbə qazanıb. "Karvan" "Zaqatala" ilə evdə məhsuldar alınan görüşdə qələbəni son dəqiqə qolu ilə əldə edib. Liderin ən yaxın izləyicisi "İmişli" isə doğma meydanda "Mingəçevir"ə uduzub. Beləliklə, "Karvan" yenidən 2-ci sıraya dönüb.

Qeyd edək ki, turun iki oyunu (MOİK - "Qaradağ Lökbatan" 2:2, "Difai" - "Baku Sporting" 0:1) dünən baş tutub.

I Liqa
XVII tur
7 mart

"Cəbrayıl" - "Qəbələ" 2:3
Qollar:
Samir Məhərrəmli, 16. Tapdıq Əhmədov, 90+4-pen. - Aabdullahi Şuaybu, 23. Domi Massumo, 75; 90+1.

"Karvan" - "Zaqatala" 3:2
Qollar:
Ezekiel Morgan, 28-pen; 90+1. Bəhruz Teymurov, 58 - Cəlal Cəbrayılov, 3. Roini İsmayılov, 24.

"İmişli" - "Mingəçevir" 0:1
Qol:
Mehdi Tahirov, 32-öz qapısına.

Seçilən
6
7
fanat.az

8Mənbələr