AZ

"Maxar" Ukraynanın peyk məlumatlarını əldə etmək imkanını tam məhdudlaşdırdı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Vaşinqtondan Ukraynanın ABŞ kəşfiyyat məlumatlarına çıxış imkanlarının məhdudlaşdırılması ilə bağlı xəbərlər gəlməkdə davam edir. Belə ki, Ukrayna ABŞ-nin "Maxar" şirkətinin peyk məlumatlarından məhrum olub.
Oxu.Az xəbər verir ki, bu barədə topwar.ru məlumat yayıb.
Bildirilir ki, əvvəllər bu şirkət Ukraynanın vurduğu zərbələrin nəticələrini operativ şəkildə dərc edirdi. Təbii ki, şirkətin peyk imkanları vasitəsilə Ukraynaya potensial hədəflər haqqında məlumatlar da ötürülürdü. Amma Rusiya Silahlı Qüvvələrinin vurduğu zərbələrin nəticələrini dərc etmək lazım gələndə, "Maxar"ın peyk görüntülərində hətta hava şəraitinin yaxşı olduğu günlərdə belə "sıx buludluq" görünürdü.
Ukrayna ordusunun fəaliyyətinə yaxın portalın bir neçə mənbəyə istinadən yaydığı məlumata görə, Kiyevin real vaxt rejimində peyk görüntülərinə çıxışı "operativ sorğu əsasında" düsturu ilə bağlanıb.
Qeyd edək ki, "Maxar" təkcə Rusiya ordusunun stasionar obyektləri barədə deyil, həm də qoşunların hərəkətləri ilə bağlı məlumatları da Ukraynaya ötürürdü.
Bu cür məlumatların olmaması Kiyevi ciddi narahat edir və hazırda təcili şəkildə alternativ həll yolları axtarılır.
Xatırladaq ki, bundan əvvəl Kiyevə hərbi yardım dayandırılıb. Trampın Ukraynadakı münaqişənin həlli üzrə xüsusi elçisi, general-leytenant Kit Kelloq bunu birbaşa Ukrayna Prezidenti Volodimir Zelenskinin Ağ Evdəki "uyğunsuz davranışı" ilə əlaqələndirib.
Seçilən
165
50
oxu.az

10Mənbələr