AZ

Azərbaycanın mis filizləri və konsentratları satışından gəlirləri 7 dəfədən çox artıb

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycandan xaricə 2 min ton misfilizləri və konsentratları ixrac edilib.

Trend-inDövlət Gömrük Komitəsinin məlumatları əsasında apardığıhesablamalara görə, bu miqdarda məhsul ixracının dəyəri 2,4 milyonABŞ dolları olub.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsiilə 1,8 min ton və ya 10,5 dəfə, dəyər ifadəsi ilə 2,1 milyon ABŞdolları, yaxud da 7,1 dəfə çoxdur.

Belə ki, 2024-cü ilin yanvarında Azərbaycandan xaricə 0,2 minton miqdarında, 0,3 milyon ABŞ dolları dəyərində mis filizləri vəkonsentratları ixrac edilib.

Qeyd edək ki, ötən ay ixrac olunan mis filizləri vəkonsentratlarının ümumi ixracda payı 1,06% təşkil edib.

Xatırladaq ki, ötən il Azərbaycandan 2,1 milyon ABŞ dollarıdəyərində, 1,2 min ton miqdarında mis filizləri və konsentratlarıixrac olunub. Bu, 2023-cü ildəki göstəricidən dəyər ifadəsi ilə 89%və ya 16,9 milyon ABŞ dolları, miqdar ifadəsi ilə 92,6% və ya 15,4min ton azdır.

Hesabat dövründə mis filizləri və konsentratları ixracı ölkəninümumi ixracının 0,07%-ni təşkil edib.

Məqalədə:
Seçilən
4
az.trend.az

1Mənbələr