Avropada 2024-cü ildə ən çox gəlir əldə edən klublar bəlli olub.
Offsideplus.az xəbər verir ki, UEFA-nın rəsmi bəyanatına əsasən "Real Madrid" klubu 1,07 milyard avro ilə siyahıda birincidir.
"Mançester Siti" 854 milyon avro, PSJ isə 808 milyon avro gəlir əldə edib.
Siyahını təqdim edirik:
€1.07 milyard: "Real Madrid"
€854 milyon: "Mançester Siti"
€808 milyon: PSG
€771 milyon: "Mançester Yunayted"
€765 milyon: "Bavariya"
€764 milyon: "Barselona"
€715 milyon: "Arsenal"
€714 milyon: "Liverpul"
€615 milyon: "Tottenhem"
€519 milyon: "Çelsi"