AZ

Vaşinqtondan və ya digər tərəfdaşlardan ərazi güzəştləri ilə bağlı heç bir rəsmi təklif almamışıq -  Ukrayna XİN

Ukrayna Xarici İşlər Nazirliyi ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uoltsun Ukraynanın ərazilərini Rusiyaya güzəştə germəsi ilə bağlı bəyanatına cavab verib.

Herbiand.az bu barədə UNIAN-a istinadən bildirir.

Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixiy brifinq zamanı bildirib ki, Kiyev Vaşinqtondan və ya digər tərəfdaşlardan ərazi güzəştləri ilə bağlı heç bir rəsmi təklif almadığından Ukrayna tərəfi bu sözlərə “ümumi ifadələr” kimi baxır.

Onun sözlərinə görə, Ukrayna tərəfi mediada eşidilən şifahi ifadələrə, xüsusən də jurnalistlərin suallarına cavab olduqda, sakit münasibət göstərir. Tixiy hesab edir ki, “yeni/köhnə ərazilərin tutulması” ilə bağlı təfərrüata varmağa ehtiyac yoxdur: “Biz hazırda emosiyalara və ya hər hansı şifahi toqquşmaya diqqət yetirmirik. Diplomatiya diqqət mərkəzindən kənarda, əsasən sakitcə öz işini görür”.

XİN sözçüsü vurğulayıb ki, Rusiya qeyri-qanuni olaraq Ukrayna torpaqlarındadır və ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədləri BMT-yə üzv ölkələrin mütləq əksəriyyəti tərəfindən dəstəklənir.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
72
herbiand.az

1Mənbələr