AZ

Trüdo sonuncu mətbuat konfransında ağladı

Üç gün sonra istefaya gedəcək Kanada baş naziri Castin Trüdo sonuncu mətbuat konfransında göz yaşlarını saxlaya bilməyib.

Far.Az xəbər verir ki, o, "hər gün" Kanada sakinlərinin maraqlarını birinci yerə qoyduğunu və onlara dəstək verdiyini bildirib.

"Mən buradayam ki, hamınıza deyim: biz sizə güvənirik. Hətta bu hökumətin son günlərində belə, kanadalıları nə bu gün, nə də gələcəkdə məyus etməyəcəyik", – deyə Trüdo canlı yayım zamanı söyləyib və kövrəlib.

Siyasətçinin sözlərinə görə, o, səlahiyyətlərini təhvil verməyi səbirsizliklə gözləyir. Bu, yaxın günlərdə baş verəcək.

Daily Mail-in məlumatına görə, Trüdo ABŞ prezidenti Donald Trampın ona göstərdiyi təzyiqə tab gətirə bilməyərək ağlayıb. Tramp bir neçə gün ərzində Kanada baş nazirini "tarif müharibəsi" ilə sıxışdırıb. Amerika lideri həmçinin Trüdonu dəfələrlə lağa edərək onu "ABŞ-nin 51-ci ştatının qubernatoru" adlandırıb.

Seçilən
3
far.az

1Mənbələr