AZ

İranda idmançı 18 tonluq təyyarəni hərəkət etdirərək dünya rekordu vurub

Təbriz şəhərindən olan iranlı idmançı Qiti Musəvi 18 ton ağırlığında olan təyyarəni hərəkət etdirərək, yeni dünya rekordu müəyyənləşdirib.

Far.Az xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.

Musəvi uzun müddətdir idmanla məşğul olduğunu, bunun sayəsində əvvəllər yük maşını sürükləməyi bacardığını bildirib.

"Yük maşını sürükləməyi bacardığımdan bəri üç ildir ki, məşqçilərin nəzarəti altında məşq edirəm, hər gün 2-3 saat məşq olurdu, əllərimə baxsanız, bu məqsədə çatmaq üçün nə qədər səy sərf etdiyimi görərsiniz", - deyə idmançı izah edib.

Bundan sonra o, özü üçün yenilik axtarmağa davam edib. Beləliklə, onun seçimi təyyarədən yana olub. Bu cəhddə  o,  öz təyyarələrini təqdim edən İran hüquq-mühafizə orqanları tərəfindən dəstəklənib.

Seçilən
19
far.az

1Mənbələr