AZ

Ağcabədidə ağır QƏZA – “Azərişıq” ASC-yə məxsus avtomobil AŞDI

Ağcabədidə “Azərişıq” ASC-yə  məxsus avtomobil aşıb.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Boyat kəndi ərazisində qeydə alınıb.

32 yaşlı İbrahimli Murad Akif oğlu avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticəsə avtomobil aşıb. 
 

Müxtəlif dərəcəli bədən xəsarətləri alan Murad İbrahimli təcili yardım avtomobili ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.


M.İbrahimlinin “Azərişıq” ASC-nin əməkdaşı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

Seçilən
20
1
bizim.media

2Mənbələr