Azərbaycan Premyer Liqasında 2023-2024-cü illər mövsümündə futbolçulara ümumilikdə 38 milyon avro məvacib ödənilib.
Msport.az xəbər verir ki, bu rəqəm UEFA-nın ötən mövsüm üçün açıqladığı maliyyə hesabatında əksini tapıb.
Ötən mövsümkü maaş ödənişləri 2022-ci maliyyə ili ilə müqayisədə 40 faiz çox olub.