AZ

Bu məhsulun ticarəti iflic oldu: Qıtlıq, qiymət artımı və iflas...

  Dünya qəhvə ticarəti qiymətlərin əhəmiyyətli dərəcədə artması ilə iflic vəziyyətə düşüb.

Publika.az-ın dünya mətbuatından əldə etdiyi məlumata görə, qəhvə dənələrinin ənənəvi olaraq yetişdirildiyi regionlardakı vəziyyətlə əlaqədar bir çox ölkələrdə qıtlıq başlayıb.

Bildirilir ki, ötən həftə Texasda Amerika Milli Qəhvə Assosiasiyasının illik qurultayı keçirilib. İştirakçılar şoka düşüblər: qiymətlər dünya qəhvə ticarətini iflic edib. ICE birjasında Arabica fyuçersləri 70% bahalaşıb.

Ekvadordan hazır qəhvə istehsal edən "Elcafe" şirkətinin baş direktoru Renan Çueyri mart ayına qədər ticarət olunması planlaşdırılan malların ümumi həcminin 30%-dən azının satıldığını bildirib. Alıcıların hətta lazım olan miqdarda məhsulu əldə etmək imkanı yoxdur.

Bəzi qəhvə şirkətləri bizneslərini davam etdirə biləcəklərinə şübhə ilə yanaşırlar. Onlar məhsullarını yeni qiymətlərlə sata biləcəklərinə əmin deyillər. Bəziləri artıq iflas proseduruna başlamağa məcburdurlar.


Seçilən
46
1
referans.az

2Mənbələr