AZ

Müəllimlər üçün təlim kursu

Nizami rayonu 3 sayli internat məktəbində Orvita psixologiya və reabilitasiya mərkəzinin təsisçisi, fəlsəfə doktoru Ramidə Oktayqızının rəhbərliyi ilə 200 müəllim üçün təlim kursları keçrililib. Bu nəcib aksiya ölkəmizdə ilk dəfə olaraq  Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayevin təşəbbüsu ilə gerçəkləşdi. Təhsil müəssisələrində psixoloji yardımın həyata keçirilməsində məqsəd  təhsil prosesində uşaq fəaliyyətinin təmin olunması və bacarıqlarının formalaşması, onların inkişaf etməsi üçün müvafiq təhsil alma şəraitinin yaradılması nəticəsində sağlam emosional mühitin formalaşdırlmasıdır.

Bu məqsədlə Nizami rayonu 3 sayli internat məktəbində Orvita psixologiya və reabilitasiya mərkəzinin təsisçisi, fəlsəfə doktoru Ramidə Oktayqızının rəhbərliyi ilə müəllim üçün təlim kursları uğurla həyata keçdi. Məktəbin pedaqoji kollektivi diqqət və qayğıya görə ATİAHİ RK- sinin sədri Araz Paşayevə təşəkkür ediblər.

Sonda 8 mart Beynəlxalq Qadinlar bayramı münasibətilə həmin internat məktəbinin 380 qadın üzvü fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunub.

Qeyd olunub ki, qadının cəmiyyətdəki rolu, əldə etdiyi nailiyyətlər hər kəsi ruhlandırır.  Qadınların peşəkar və şəxsi inkişafının dəstəklənməsi prioritet istiqamətlərdən biri hesab edilməlidir. Hər zaman onlara öz potensiallarını reallaşdırmağa, yeni imkanlar tapmağa və bacarıqlarını artırmağa kömək etməyə hazır olmalıyıq.

Seçilən
25
xalqqazeti.az

1Mənbələr