AZ

Rusiya səfiri Bolqarıstandakı sərgidən qovulub

Rusiyanın Bolqarıstandakı səfiri Eleonora Mitrofanova “Kvadrat 500” Milli Qalereyasında keçirilən sərgini bir neçə ziyarətçinin “Bu, Moskva deyil” şüarları səsləndirməyə başlamasından sonra tərk etmək məcburiyyətində qalıb.

SİA-nın məlumatına görə, bu barədə “Azadlıq” radiosunun Bolqarıstan xidməti bildirib.

Qeyd edilir ki, hadisə martın 6-da axşam saatlarında “Partizan qızları” sərgisinin açılışı zamanı baş verib. Qəzetin dərc etdiyi videoda ziyarətçilərdən birinin diplomata müraciət edərək “Bura Moskva deyil. Bura Avropadır” deyib.

...Bundan sonra Mitrofanov başqa otağa köçür, qız onu izləməyə davam edir. Ona bir neçə digər ziyarətçi də qoşulur və onlar “Bu, Moskva deyil” şüarını səsləndirməyə başlayırlar.

Və bundan sonra səfir sərgini tərk edir. Azad Avropa/Azadlıq Radiosunun Bolqarıstan xidməti xəbər verir ki, qız da onu “qatil” adlandırıb.

Əli Babayev

Seçilən
8
sia.az

1Mənbələr