AZ

Bakıdakı Dünya Kubokunda finala yüksələn Azərbaycan gimnastlarının sayı dördə çatıb

Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın idman gimnastı İvan Tixonov Bakıda keçirilən Dünya Kubokunda finala yüksəlib.

Hafta.az xəbər verir ki, o, turnik proqramında 12.200 xal toplayaraq həlledici mərhələyə vəsiqə qazanıb.

Daha əvvəl Azərbaycan gimnastlarından Dəniz Əliyeva və Murad Ağarzayev dayaqlı tullanma, Nikita Simonov isə halqalarda hərəkətlər üzrə adlarını finala yazdırıblar. Final çıxışları martın 8-9-da təşkil olunacaq.

Seçilən
30
1
hafta.az

2Mənbələr