AZ

Portuqaliya klubunun keçmiş vitse-prezidentinin evinə hücum olub

Portuqaliyanın “Benfika” klubunun keçmiş vitse-prezidenti Xayme Antunyesin evinə hücum olub.

“Report” “Record”a istinadən xəbər verir ki, hadisə gecə vaxtı yaşanıb.

Keçmiş klub rəsmisi açıqlamasında bir qrup gəncin həyətin qapısını dağıdaraq içəri daxil olduqlarını və ailəsini qorxutduqlarını bildirib. O, hadisə vaxtı məzuniyyətdə olduğunu söyləyib.

Sabiq vitse-prezident oğruların qapıya “borcunu ödə” sözlərini və bəzi təhqiramiz ifadələr yazıblar. Lakin o, heç kimə borclu olmadığını söyləyib.

Qeyd edək ki, X.Antunyes bir müddət öncə “Benfika”dakı vəzifəsindən istefa verib.

Seçilən
18
report.az

1Mənbələr