AZ

Dubaydan gətirilən malların hava limanında toplanması faktı aşkarlandı - FOTO

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Dubay-Bakı aviareysində paylaşılaraq sərnişinlər vasitəsilə gömrük qaydalarına riayət etmədən ölkəyə gətirilən müxtəlif növ malların hava limanının ərazisində onlardan toplanması faktı aşkar edilib.

Dövlət Gömrük Komitəsindən (DGK) Bizim.Media-ya bildirilib ki, sərnişinlərdən malları qəbul edən şəxs və onun idarə etdiyi nəqliyyat vasitəsi müəyyənləşdirilərək avtomobilə keçirilən baxış zamanı ölkə ərazisinə şəxsi əşya adı altında gətirilən kommersiya təyinatlı müxtəlif mallar - 7 ədəd “İphone” markalı mobil telefon, 13 ədəd mobil telefon ekranı, 7 ədəd qol saatı, aksiz markasız 38 ədəd elektron siqaret, 3 ədəd ştativ hüquqpozma predmeti kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.



Bizim.Media

Seçilən
42
12
bizim.media

10Mənbələr