AZ

"Barselona"dan bu oyunçusuna bir mövsüm üçün 19 milyon avro TƏKLİF

"Barselona" yarımmüdafiəçisi Frenki de Yonqla müqaviləni uzatmaq üçün danışıqlar aparır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Sport.es məlumat yayıb.

Kataloniya klubu yarımmüdafiəçiyə yeni üç illik müqavilə təklif edir. Bir mövsüm üçün onun məvacibi 18-19 milyon avro olacaq. "Barselona" rəhbərliyinin yaxın həftələrdə futbolçudan cavab gözlədiyi qeyd edilir.

De Yonq bu mövsüm bütün turnirlərdə 28 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimidir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
13
2
milli.az

10Mənbələr