Ötən il Rusiyada ən çox alış-veriş edən turistlərin siyahısı bəlli olub.
Valyuta.Az "TASS"a istinadla xəbər verir ki, bu barədə "DigiTaxFree" məlumat yayıb.
Məlumata əsasən, ötən il ən çox pul xərcləyənlər İran, Gürcüstan, Nigeriya və Vyetnamdan gələn turisitlər olub. İranlılar orta hesabla 240,9 min rubl (2,630 dollar), gürcülər 214,9 min rubl (2,345 dollar), nigeriyalılar 196,8 min rubl (2,145 dollar) və Vyetnamdan gələnlər 195,2 min rubl (2,125 dollar) xərcləyiblər.
Bildirilib ki, Türkmənistan və Azərbaycan vətəndaşları da Rusiyada aktiv alış-veriş ediblər. Onların orta xərcləri müvafiq olaraq 187,6 min rubl (2,045 dollar) və 177,1 min rubl (1,930 dollar) olub. "Gözlənilməz" turistlər arasında isə Şimali Koreyadan olan qonaqlar da var. Onlar alış-veriş üçün təxminən 156 min rubl (1,700 dollar) xərcləyiblər. Amerikalı turistlərin isə xərcləri 2023-cü illə müqayisədə 60% artaraq 116,1 min rubldan (1,265 dollar) 182,7 min rubladək (1,990 dollar) yüksəlib.
Məlumata görə, iranlı və vyetnamlı turistlər əsasən brend geyim, ayaqqabı və kosmetika, nigeriyalılar bahalı aksesuarlar, Şimali Koreya vətəndaşları isə yalnız zərgərlik məmulatları və qızıl alırlar.
Xarici turistlər üçün ən aktiv alış-veriş günləri bazar günü (ümumi alış-verişlərin 29%-i), şənbə (19%) və cümə (16%) olub.
Rəhim