Beynəlxalq Futbol Assosiasiyaları Şurası (BFAŞ) qapıçılarla bağlı yeni qayda qəbul edib.
Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Onların topu əlində saxlamasına növbəti vaxt məhdudiyyəti tətbiq edilib. Yeni qaydaya əsasən, qapıçı topu əlində 8 saniyədən çox saxlasa, rəqib komandanın xeyrinə künc zərbəsi təyin olunacaq. Bu qayda 2025/26 mövsümündən qüvvəyə minəcək.
Qeyd edək ki, əvvəlki qaydaya əsasən, qapıçı topu əlində 6 saniyədən çox saxlaya bilməzdi. Amma hakimlər oyun zamanı buna çox diqqət ayırmırdı. Bu qayda pozuntusuna görə cəza verildiyi halda ya rəqib komandanın xeyrinə sərbəst zərbə təyin olunurdu, ya da qapıçıya sarı vərəqə göstərilirdi.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta