AZ

''Trabzonspor''un gənclərindən tarixi uğur

''Trabzonspor''un 19 yaşlılardan ibarət komandası tarix yazmaqda davam edir.

''Football-plus.az'' xəbər verir ki, ötən il bu yaş kateqoriyasında çempion olmaqla qaradənizlilər Türkiyəni UEFA Gənclər Liqasında təmsil etməyə haqq qazandılar.

Komanda məhz bu turnirdə inanılmaz nəticələr göstərir. Trabzonlu gənclər bu turnirə təsnifat mərhələsindən başladılar. Komanda 2-ci turda Monteneqro təmsilçisi ''Buduçnost''u (səfərdə 3:1, evdə 5:2), 3-cü təsnifat mərhələsində Bosniya təmsilçisi ''Sarayevo''nu (səfərdə 2:2, evdə 6:1) mübarizədən kənarlaşdıraraq pley-offda oynamağa haqq qazandı.

Burda isə rəqib liqa mərhələsindən gələn ''Yuventus'' oldu. Bu mərhələdən etibarən qalib bir oyunla müəyyənləşməyə başladı. 90 dəqiqə bərabərliklə yekunlaşdığı təqdirdə tərəflər birbaşa penaltilər seriyasına keçir. ''

Trabzonspor'' öz meydanında 61-ci (!) dəqiqədə gələn qolla ''Yuve''ni minimal hesabla məğlub etdi.

Dünən baş tutan 1/8 finalda rəqib İtaliyanın digər təmsilçisi ''Atalanta'' oldu. Trabzonda keçirilən və 90 dəqiqəsi qolsuz başa çatan oyunda meydan sahibləri penaltilər seriyasında 5:3 qalib gələrək 1/4 finala yüksəldilər.

90 dəqiqə ərzində 7 seyv edən qapıçı Ahmet Doğan Yıldırım penaltilər seriyasında daha bir zərbəni dəf edərək qəhrəmana çevrildi.

Maraqlıdı ki, 1/4 finalda rəqib yenə İtaliya təmsilçisi - ''İnter'' olacaq. Aprelin 1-də baş tutacaq bu qarşılaşma da Trabzonda keçiriləcək.

Onu da bildirək ki, ''Trabzonspor''un U-19 komandası UEFA Gənclər Liqasında 1/4 finala yüksələn ilk Türkiyə təmsilçisi oldu! ''Trabzonspor'' ''İnter'' səddini də adlayacağı təqdirdə ''dördlər finalı''nda oynamağa haqq qazanacaq.

ƏLİ

Seçilən
25
football-plus.az

1Mənbələr