AZ

Azərbaycan atleti finalda

Niderlandın Apeldorn şəhərində qapalı məkanda atletika üzrə Avropa çempionatı davam edir.

İdman.biz xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən Rüstəm Məmmədov bu gün təsnifat mərhələsində mübarizə aparıb.

O, üç təkanla tullanma növündə 16.28 metr nəticəyə imza atıb. Bu göstərici ilə Məmmədov 18 idmançı arasında 8-ci yeri tutaraq final mərhələsinə vəsiqə qazanıb. Rüstəm sabah baş tutacaq final mərhələsində Avropa çempionatının medalları uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, Rüstəm Azəbaycan çempionunun qalibi olub.

İdman.biz

Seçilən
27
1
idman.biz

2Mənbələr