Azərbaycan atleti Rüstəm Məmmədov Niderlandın Apeldorn şəhərində keçirilən Avropa çempionatında üç təkanla tullanma növü üzrə yarışda finala adlayıb.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Atletika Federasiyası məlumat yayıb.
O, 16.28 m nəticə ilə həlledici mərhələyə yüksəlib.
Qeyd edək ki, Avropa çempionatı martın 9-dək davam edəcək.