AZ

Putin Dodiklə həmrəy olduğunu bildirib

Rusiya prezidenti Vladimir Putin Bosniya və Herseqovinanın tərkibinə daxil olan Serb Respublikasının rəhbəri Milorad Dodiklə ona qarşı qaldırılan işlə bağlı həmrəy olduğunu bildirib.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Kremlin Telegram kanalı məlumat yayıb.

...Rusiya tərəfi həmçinin Srpska Respublikasının Prezidenti Dodiklə həmrəy olduğunu bildirib, - deyə məlumatda bildirilir.

Əlavə olaraq qeyd olunur ki, Putin həm Serbiyanın, həm də Bosniya daxilində Serb Respublikasının daxili işlərinə qarışmaq cəhdlərini pisləyib.

Bundan əvvəl Bosniya və Herseqovina məhkəməsi Dodiki BMT nümayəndəsinin qərarlarını yerinə yetirmədiyinə görə bir il müddətinə azadlıqdan məhrum edib.

Siyasətçi BMT-nin BH-dəki ali nümayəndəsi Kristian Şmidtin göstərişlərini yerinə yetirməməkdə təqsirli bilinib. Öz növbəsində siyasətçi tərəfdarlarını narahat olmamağa çağırıb.

Əli Babayev

Seçilən
16
sia.az

1Mənbələr