AZ

Kliniki ölüm keçirən Ümidin dəstəyə ehtiyacı var

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Yeddi yaşlı Ümidin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Rufanə Məmmədova məlumat verib.
O bildirib ki, övladının doğulandan qıcolması var:
"Ümid dünyaya gələndən bir müddət sonra onun beynində işemik problem olduğunu öyrəndik. Beynindəki problemə görə bir neçə ildir qıcolması var. Əvvəllər qıcolmaları həftədə bir neçə dəfə olurdusa, son vaxtlar gün ərzində 4-5 dəfə tutmağa başlayıb. Ümidin müalicəsini sizin saytın izləyicilərinin dəstəyi ilə edirik. Bir həftə əvvəl Ümidin vəziyyəti ağırlaşdı, biz onu xəstəxanaya çatdırdıq. Orda o, kliniki ölüm keçirdi. Ümidi aparata qoşub, Bakıya göndərdilər. Hazırda Bakıda xəstəxanalardan birində müalicə alırıq".
Rufanə Məmmədova övladının müalicəsi üçün hazırda dəstəyə ehtiyacları olduğunu deyib.
"Ümidin gün ərzində azı 4-5 dəfə qıcolması tutur. Bunu azaltmaq üçün Ümid təcili müalicələrə və masajlara getməlidir. Bunu qarşılamaq üçün isə bizim imkanımız çatmır. Bizim üç övladımız var, yoldaşım rayonda günü 15 manata çoban işləyir. Bu pulla həm ailəmizi dolandırıb, həm uşağın müalicəsini etmək, demək olar ki, mümkünsüzdür. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (050) 392-24-46.
Kapital Bank: 4169 7388 2380 6850.
Seçilən
14
oxu.az

1Mənbələr