AZ

HƏMAS nümayəndələri danışıqlar üçün Qahirəyə gedib

HƏMAS hərəkatının rəhbərliyindən ibarət nümayəndə heyəti Qəzza zolağında atəşkəs razılaşmasının gələcəyini müzakirə etməyi planlaşdırdığı Misirə gedib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Misirin dövlət informasiya xidməti məlumat yayıb.

“HƏMAS nümayəndələri Qəzzada atəşkəs razılaşmasının həyata keçirilməsini və sazişin ikinci mərhələsi üzrə danışıqların başlanmasını müzakirə etmək üçün Qahirəyə gəliblər”, - məlumatda bildirib.

Qeyd olunub ki, Qahirə bütün tərəflərlə əlaqə saxlayır və razılaşmanın ikinci mərhələsinə keçidi sürətləndirməyə çalışır.
Seçilən
71
8
sherg.az

9Mənbələr