AZ

Agentliyin fəaliyyətində həmişə şəffaflıq prinsipi əsas götürülür - Novella Cəfəroğlu

Bu gün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2025-ci il üçün elan etdiyi böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələrini açıqlayıb. 
Məlum olduğu kimi, bu il Azərbaycan QHT tarixində ilk dəfə olaraq bir elan çərçivəsində rekord sayda layihə təklifi təqdim edilib. Agentliyin 2025-ci il üzrə qrant müsabiqələrinə ümumilikdə 915 təşkilat müraciət edib, onlardan təxminən 100-ü ilk dəfə iştirak edib.
Müsabiqənin nəticələrinə əsasən, 407 QHT-nin layihəsi qalib elan olunub. QHT.az müsabiqənin nəticələri ilə bağlı vətəndaş cəmiyyəti nümayəndələrinin fikirlərini öyrənib.

 

Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu QHT.AZ-açıqlamasında bildirib ki, QHT Agentliyi qrant müsabiqəsi prosesini şəffaf və sistemli şəkildə həyata keçirir.

"2025-ci il üçün elan olunan qrant müsabiqəsinin nəticələri ilə tanış oldum. Görürəm ki, çox dəyərli və faydalı layihələr seçilib, fəaliyyət göstərən və real nəticələr ortaya qoyan QHT-lərin layihələri uğur qazanıb. Bu, müsabiqənin düzgün meyaarlarla keçirildiyini göstərir. Agentliyin fəaliyyətində həmişə şəffaflıq prinsipi əsas götürülür və mütəmadi müzakirələr aparılır.
Bununla yanaşı, hesab edirəm ki, Agentliyin maliyyə imkanları olduqca məhduddur. Vaxtilə QHT olaraq biz də böyük məbləğdə qrantlar almışıq. O dövrdə qrantlar davamlı idi və bu, layihələrin effektivliyinə də müsbət təsir edirdi. Lakin bu gün ayrılan vəsaitlər daha məhdud çərçivədədir. Biz arzu edirik ki, qrantların maliyyə həcmi ən azı iki dəfə artırılsın. Məsələn, bu gün 30 min manat qrant qazanan bir layihə, əgər 70 min manat vəsait ayrılsa, daha genişmiqyaslı və təsirli fəaliyyət göstərə bilər. Hətta qrantların maksimum məbləğinin 100 min manata çatdırılması məqsədəuyğun olardı ki, daha böyük layihələr həyata keçirilə bilsin.”

 

Seçilən
19
qht.az

1Mənbələr