AZ

Roman Abramoviçi məhkəməyə verəcək – Nazirlər

Böyük Britaniyanın nazirləri “Çelsi”nin satışından əldə olunan pulu Ukraynaya yardım kimi istifadə etmək üçün rusiyalı iş adamı Roman Abramoviçi məhkəməyə verməyə hazırlaşır.

Sportinfo.az xəbər verir ku, bu barədə “The Guardian” nəşri məlumat yayıb.

Nazirlər Roman Abramoviçlə pulun necə xərclənməsi ilə bağlı razılığa gələ bilmədiklərindən məyus olublar və indi onunla məhkəmədə mübarizə aparmağa hazırdırlar.

Bu məsələ ilə bağlı Britaniya hökumətinin yaydığı bəyanatda belə deyilir:

“Hökumət bu məsələ ilə bağlı məhkəməyə müraciət edəcəyimizə inanır.

Pulun nəyə xərclənə biləcəyi ilə bağlı Abramoviçin özü ilə əsaslı fikir ayrılıqları var və görünür, qanun bu problemi həll etməyin yeganə yolu olacaq”.

58 yaşlı iş adamı 2022-ci ilin mayında, xüsusi lisenziya verildikdən sonra İngiltərənin sanksiyaları altında olarkən “Çelsi”ni satıb.

Seçilən
10
sportinfo.az

1Mənbələr