AZ

Bakı-Sumqayıt qatarının hərəkəti İFLİC OLDU: İnsanlar saatlardır vaqonlarda qalıb – FOTO

Bakı-Sumqayıt qatarının hərəkətində problem yaranıb.

Bu barədə KONKRET.az-a sərnişinlər məlumat veriblər.

Məlumata görə, Xırdalan və Pirşağı xəttində elektrik gərginliyinin olmaması qatarların hərəkətini iflic edib.

Sərnişinlər təxminən bir saatdan çoxdur ki, vaqonlarda və ya vağzalda qatarın hərəkət etməsini gözləyirlər.

Qeyd edək ki, Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat xidmətinin rəhbəri Sənubər Nəzərovaya zəng vursaq da, telefona cavab verməyib.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
18
konkret.az

1Mənbələr