AZ

Yevlax şəhərinin yeni Baş plan layihəsi ilə bağlı hazırlıq işləri görülür

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Yevlax şəhərinin yeni Baş plan layihəsi ilə bağlı hazırlıq işləri görülür.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev şəxsi sosial şəbəkə hesablarında məlumat paylaşıb.
Bildirilib ki, martın 7-də Yevlax şəhərinə səfər edən komitə sədri rayon icra hakimiyyətinin başçısı Anar Tağıyevlə şəhərin davamlı inkişafının təmin edilməsi məqsədilə yeni ərazi planlaşdırma sənədinin hazırlıqlarına dair fikir mübadiləsi aparıb.
Səfər çərçivəsində Yevlax, Mingəçevir, Naftalan, Goranboy və Xocalı sakinləri ilə də görüşən Anar Quliyev vətəndaşların tikintiyə icazə və torpaq münasibətləri ilə bağlı suallarını cavablandıraraq, şəhərsalma və tikinti prosedurları barədə ətraflı məlumat verib.
Seçilən
32
4
oxu.az

5Mənbələr