AZ

İlahi ədalət və ya bir şəyird ki, ustadına kəm baxa…

“Sumqayıt”ın lənəti davam edir. Komandanın qol vurmaq problemi həllini tapmır. Şəhərin yeganə təmsilçisi artıq 11 oyundur ki, rəqib qapısının yolunu tapa bilmir. Məntiqlə qələbəyə də həsrət qalıblar. 

Bəs nədi problem? Karyerası ərzində hücumçu kimi çıxış etmiş, Azərbaycan millisinin vuran ayağı sayılan Vaqif Cavadov niyə düz-əməlli forvard tapa bilmir?

Əslində cavabı sadədi. Komandanın son normal hücumçusu Kasimir Ninqa idi. Haqlı olaraq maaşının artırılmasını istədi, nəticədə yola salındı. 

Həmin gündən klubda nə normal seleksiya gedib, nə də ki, akademiyadan forvard çıxıb. 

Komandanın son qolunu Kamran Quliyev vurub. Özü də “Neftçi” ilə oyunda. Həmin Kamran ki, onu Samir Abasov komandaya cəlb edib, çalışdırıb, güvənib. Nəticədə Quliyev millidə oynamağa hazır olduğunu açıqladı, özünəinamının yüksək olduğunu dilə gətirdi.

Ardınca bir anlıq özünü dünya ulduzu kimi hiss etdi. Onu komandaya gətirən, şans verən Abasova qarşı açıqlama verdi: “Abasovun “Sumqayıt”da işləyərkən mənə güvəni yox idi. Özümü sübut etdiyimi düşünürəm”.

Futbolçu özünə güvənirsə, bu, yaxşı şeydir. Ola bilər ki, məşqçi sənə şans vermir, önünü kəsir. O gedəndən sonra isə möhtəşəm performansla çıxış edirsən. Lakin bir qol vuran kimi belə açıqlama verməməliydi. Çünki Quliyev Palmer deyil. “Benzin”i tez qurtardı. Ürəyindəki kini qol vuran kimi boşaltdı. Danışdı danışmağına…

Amma… həmin matçdan 3 ay keçib. Ortada nə Kamranın qolu var, nə də assisti. Hətta son 9 oyundan 3-də meydana çıxmayıb. Müəyyən həftələrdə əvəzedici komandada çıxış edib. Yəqin ki, növbəti qolunu vuranda da “Cavadov mənə şans vermirdi. İndi tam formadayam” deyəcək.

    

Kamrandan əbəs yerə bəhs etmirəm. Abasovun baş məşqçi olduğu dövrdə tez-tez ona niyə şans vermədiyini soruşub, tənqid edirdilər. İndi də həmin futbolçu əvəzedici komandadadır. Bunun da səbəbkarı Samirdi? 

Ötən gün də “Kəpəz”ə məğlub olandan (0:1) sonra düşüblər Abasovun üstünə ki, gənc futbolçu haqda pis danışır. Həmin açıqlama belə idi:

“Belə oynamaq olmaz. Ağadadaşdan çox narazı qaldım. Akademiyamızdan çıxan uşaşqlar anlamalıdır ki, bu gün nə qədər azarkeşimiz dəstək olursa, belə oyunla özləri haqda rəyi də yerə vururlar. Rəqibin heyətində Paçu Lira var idi, bilirdin ki, hücumçudur. Aqressiv idi, müdafiəçilərimizə yapışırdı. Amma bunu Ağadadaş haqda deyə bilmərəm. Fasilədə özünə də dedim ki, elə oyna, rəqib hücumçumuz olduğun…”.

Bu sözlərdən siz də o qənaətə gəlirsiz ki, Abasov gənc futbolçunu “sındırır”? Əgər elədirsə, ya Samirlə, ya da “Neftçi” ilə qərəziniz var. 

Həmin oyunçuya Samir Abasovdan çox şans verən olmayıb. Açın protokollara baxın. Ağadadaş mövsümün əvvəlində Roman Qriqorçukun rəhbərliyi dövründə 6 dəqiqə forma şansı qazanıb. Abasovun bu posta təyinatından sonra isə həmin rəqəm 378-ə yüksəlib. Belə maraqlıdısa, 63 dəfə daha çoxdur. 

Bütün gün ölkəmizdən niyə futbolçu çıxmır deyib, deyinin. Sonra da məşqçisi oyunçusu barədə “narazı qaldım” dediyi üçün düşün mütəxəssisin üstünə. Nə bilim. İlahi ədalət özünü göstərəcək. Necə ki, Kamran məsələsində göstərdi…

I Liqa: "Mingəçevir"dən kritik 3 xal - YENİLƏNİB

“Neftçi” – “Turan Tovuz” matçının təyinatları açıqlanıb

Birinci Liqa klubuna danışılmış oyunlarla bağlı seminar keçirilib

Vüsal İsgəndərli: "“Qalatasaray”a qol vurduqdan sonra..." - Müsahibə

Rodriqinyo: "Neftçi" azarkeşi üzərinə düşəni həmişə edib" - Müsahibə

Seçilən
2
apasport.az

1Mənbələr