Cengiz Ünderin ardınca "Fənərbağça"da növbəti ayrılıq yaşana bilər.
Offsideplus.az xəbər verir ki, Cenk Tosuna Yaponiyadan təklif gəlib. Bu barədə "Sky DE" məlumat yayıb.
"Urawa Red Diamonds" türkiyəli futbolçunu heyətinə qatmaq üçün "sarı-lacivərtlilər" ilə danışıqlar aparır.
Qeyd edək ki, Cenk 2024/25 mövsümündə "Fənərbağça" forması ilə 17 oyuna çıxıb və 2 qola, 1 məhsuldar ötürməyə imza atıb.