AZ

300 milyondan çox insanın təcili humanitar yardıma ehtiyacı var - BMT rəsmisi

Bakı. Trend:

BMT-nin humanitar yardımlar üzrə rəsmisi Tom Fletçer 300milyondan çox insanın təcili yardıma ehtiyacı olduğunubildirib.

Trend xarici KİV-lərəistinadən xəbər verir ki, o, belə bir vəziyyətdə maliyyələşdirməninazaldığını və builki səviyyələrin rekord həddə düşəcəyininproqnozlaşdırıldığını deyib.

“Maliyyələşdirmənin amansız şəkildə kəsilməsi humanitarehtiyacların aradan qalxması demək deyil. Bugünkü fövqəladə fondun(CERF) ayrılması resursları sürətlə ən çox ehtiyac duyulan yerəçatdırır”, - Fletçer vurğulayıb.

BMT-nin saytında qeyd edilir ki, CERF-in ayırdığı 110 milyondolların üçdəbiri Sudanı və çoxlu köçkün sudanlının yaşadığı qonşuÇadı dəstəkləyəcək. Vəsait, həmçinin Əfqanıstan, Mərkəzi AfrikaRespublikası, Honduras, Mavritaniya, Niger, Somali, Venesuela vəZambiyada humanitar fəlakət bölgələrinə yönəldiləcək.

Ayrılan vəsaitin bir hissəsi həssas insanları iqlim şoklarındanqorumaq üçün həyat qurtaran təşəbbüslərə xərclənəcək.

Məqalədə:
Seçilən
27
1
az.trend.az

2Mənbələr