Cinsi cinayətlər və insan alveri ilə bağlı istintaq altında olan reper P.Diddinin öz əməkdaşlarını onun cinayət törətməsinə kömək göstərməyə məcbur etdiyi iddia olunur.
Bu barədə CNN məlumat yayıb.
Mənbənin sözlərinə görə, məhkəmə Şon Kombsa (reperin əsl adı) qarşı yeni ittihamlar irəli sürüb. Prokurorlar iddia edir ki, Diddi tərəfdaşlarını insan alveri təşkil etməyə və təcavüzlər həyata keçirməyə məcbur edib. Onlar buna razılaşmağa məcbur olublar, çünki əks halda musiqiçi onları fiziki zorakılıqla hədələyib.
Bundan əlavə, Kombsun qurbanı olduğu iddia edilənlərin sayı daha üç nəfər artıb: Qadın deyib ki, reper onları özü və digər kişilərlə cinsi əlaqəyə məcbur edib. Qeyd edilib ki, P.Diddi baş verənləri videoya çəkərək qurbanlarını şantaj edib və nəzarət altında saxlayıb.
Lalə
Mənbə: www.bakupost.az