Azərbaycan Dövlət Akademik Musiqili Teatrın aparıcı aktyoru Möylə Mirzəliyev Yeni klinikanın reanimasiya şöbəsinə yerləşdirilib.
Bu barədə aktyorun ailə üzvləri məlumat verib.
Bildirilib ki, Möylə Mirzəliyev süni tənəffüs aparatına qoşulub.
Qeyd edək ki, bir neçə gün öncə aktyor əməliyyat olunduqdan sonra hərəkət qabiliyyətini itirib, səhhəti daha da ağırlaşıb./APA