…Rusiyanın hazırda Ukraynanı döyüş meydanında sözün əsl mənasında “məhv etdiyini” nəzərə alaraq, atəşkəs və yekun sülh razılaşması əldə olunana qədər Rusiyaya qarşı genişmiqyaslı sanksiyaların tətbiqi imkanlarını ciddi şəkildə nəzərdən keçirirəm, - dövlət başçısı qeyd edib.
Rusiya Ordusunun uğurları ilə bağlı Tramp yeni tariflər, eləcə də bank sektoruna qarşı məhdudiyyətlər tətbiq etməklə hədələyib.
Yanvarın 20-də Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Ukraynadakı münaqişənin həllində əsas məsələ onun köklü səbəbləri problemidir. Eyni zamanda, Rusiya lideri atəşkəsin qısamüddətli hərbi əməliyyatlara son qoymaqdan daha çox tam sülhün bərqərar olmasına imkan verəcəyini vurğulayıb.
Əli Babayev